Qaxda 70 yaşlı kişi itkin düşüb
Hadisə
- 26 may, 2023
- 15:05
Qax rayonunda 70 yaşlı kişi itkin düşüb.
"Report" un Şimal-qərb bürosunun məlumatına görə, Qax şəhər sakini, 1953-cü il təvəllüdlü Davud Həsil oğlu Yusifovun itkin düşməsi barədə onun yaxınları Qax Rayon Polis Şöbəsinə məlumat veriblər.
Qeyd olunub ki, D.Yusifov dünən axşam saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"un yerli bürosuna bildirilib ki, itkin düşən şəxslə bağlı yaxınları tərəfindən də rayon polis şöbəsinə müraciət edilib və tapılması istiqamətində axtarış tədbirləri keçirilir.
Son xəbərlər
09:24
Azərbaycan neftinin qiyməti 94 dolları keçib
Energetika09:23
Netanyahu: Beynəlxalq Cinayət Məhkəməsi ədalət prinsiplərini sarsıdan marionet tribunaldır
Digər ölkələr09:19
"Sabah" amerikalı basketbolçu Evan Bruinsmanı heyətinə qatıb
Komanda09:06
Qusarda avtomobil 4 yaşlı uşağı vuraraq öldürüb
Hadisə09:00
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (19.08.2026)
Maliyyə09:00
UEFA Çempionlar Liqası: "Sabah" Buxarestdə "Hapoel"lə qarşılaşacaq
Futbol08:59
ABŞ senatoru FTB-ni Bayden ailəsinin korrupsiyası ilə bağlı məlumatları gizlətməkdə ittiham edib
Digər ölkələr08:57
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (19.08.2026)
Maliyyə08:51