Qatı duman Tovuzda avtomobillərin hərəkətində çətinliklər yaradıb - FOTO

Qatı duman Tovuzda avtomobillərin hərəkətində çətinliklər yaradıb - FOTO Bəzi sürücülər öz nəqliyyat vasitələrini təhlükəsizlik səbəbindən yol kənarında saxlayıblar
Hadisə
9 Dekabr , 2017 13:52
Qatı duman Tovuzda avtomobillərin hərəkətində çətinliklər yaradıb - FOTO
Report

Tovuz. 9 dekabr. REPORT.AZ/ Bakı-Qazax avtomobil yolunda qatı duman nəqliyyatın hərəkətində çətinliklər yaradıb.

"Report"un Qərb bürosunun məlumatına görə, bu gün səhər saatlarından başlayaraq rayon ərazisində qatı duman müşahidə olunub. 

Bu səbəbdən Bakı-Qazax avtomobil yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində nəqliyyatın hərəkətində müəyyən çətinliklər yaranıb. Bəzi avtomobillərin sürücüləri öz nəqliyyat vasitələrini təhlükəsizlik səbəbindən yol kənarında saxlayıblar. 

Hazırda DYP əməkdaşları tərəfindən də dumanlı ərazidə sürücülərin təhlükəsiz hərəkət etmələri üçün lazımi işlər görülür.

Son xəbərlər

Orphus sistemi