Qatı duman Bakı-Qazax avtomobil yolunda nəqliyyatın hərəkətində çətinliklər yaradıb - FOTO

Qatı duman Bakı-Qazax avtomobil yolunda nəqliyyatın hərəkətində çətinliklər yaradıb - FOTO DYP əməkdaşları hansısa qəzanın baş verməməsi üçün avtomobillərin hərəkətinə nəzərət edirlər
Hadisə
25 Yanvar , 2018 12:59
Qatı duman Bakı-Qazax avtomobil yolunda nəqliyyatın hərəkətində çətinliklər yaradıb - FOTO
Report

Tovuz. 25 yanvar. REPORT.AZ/ Qatı duman Bakı-Qazax avtomobil yolunda nəqliyyatın hərəkətində çətinlik yaradıb.

"Report"un Qərb bürosunun məlumatına görə, yanvarın 25-də səhər saatlarından başlayaraq Bakı-Qazax avtomobil yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində qatı duman müşahidə olunmağa başlayıb. 

Nəticədə avtomobillərin hərəkətində qismən çətinliklər yaranıb. Hazırda DYP əməkdaşları tərəfindən hansısa qəzanın baş verməməsi üçün ərazidə avtomobillərin hərəkətinə nəzərət edilir.

Son xəbərlər

Orphus sistemi