Bakı. 9 dekabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını öldürməkdə təqsirləndirilən Qusar rayon sakini M.N.-in (şərti) cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası dekabrın 16-na təyin edilib.
Qeyd edək ki, hadisə 2014-cü ildə Qusar rayonunda baş verib.
İttiham aktına əsasən, M.N. qardaşı N.N.-i (şərti) qətlə yetirib.