Yuxarı

​Akif Nağının qardaşı dünyasını dəyişib

Talıb Nağıyev bu gün dəfn olunub

Bakı. 1 oktyabr. REPORT.AZ/ Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının qardaşı Talıb Nağıyev vəfat edib.

Bu barədə "Report"a A.Nağı məlumat verib.

O deyib ki, qardaşı 64 yaşında ürəktutmasından dünyasını dəyişib.

T.Nağıyev bu gün dəfn olunub.

Mərhumun "üç" mərasimi oktyabrın 2-də Binəqədi rayonu, yeddinci mikrorayonda, "Ankara" şadlıq sarayı ilə üzbəüz yerləşən "Xeyir-şər" evində keçiriləcək.

Allah rəhmət eləsin!

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi