Qaradağda dost dostunu bıçaqlayaraq xəstəxanaya aparıb

Hadisə
  • 07 iyun, 2017
  • 04:47
Qaradağda dost dostunu bıçaqlayaraq xəstəxanaya aparıb
Courtesy İmage

Bakı. 7 iyun. REPORT.AZ/ Bakının Qaradağ rayonunda 57 yaşlı kişi dostu tərəfindən bıçaqlanıb.

"Report" xəbər verir ki, 1960-ci il təvəllüdlü Məhərrəmov Nadir Xıdır oğlu Lökbatan qəsəbəsində dostu ilə yeyib içdikdən sonra mübahisə edib və nəticədə bıçaq xəsarəti alıb.

Hadisəni törədən şəxs N.Məhərrəmovu xəstəxanaya yerləşdirib.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə