Yuxarı

Qaradağdakı qətli atasının qisasını almaq üçün oğulun törətdiyi məlum olub

Oğul 7 ildən sonra atasının qisasını alıb

Bakı. 4 sentyabr. REPORT.AZ/ Qaradağ rayonunun Sahil qəsəbəsində qəsəbə sakin Şaban Nəbiyevi güllələyərək qətlə yetirən şəxsin kimliyi məlum olub. Qaradağ rayon Polis İdarəsindən (RPİ) Report-a verilən məlumata görə, qəsəbə sakini İlqar Quliyev münaqişə zəminində tüfəngdən atəş açaraq həmyerlisi, əvvəllər məhkum olunan Şaban Nəbiyevə xəsarət yetirib və hadisədən sonra ərazini tərk edib. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır. Qeyd edək ki, İ. Quliyev mərhum Şaban Nəbiyevin 2007-ci il yanvar ayınin 9-da qətlə yetirdiyi Ələsgər Quliyevin oğludur. İ.Quliyev atasının qisasını almaq məqsədi ilə Ş.Nəbiyevi qətlə yetirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi