Bakı. 4 sentyabr. REPORT.AZ/ Qaradağ rayonunun Sahil qəsəbəsində qəsəbə sakin Şaban Nəbiyevi güllələyərək qətlə yetirən şəxsin kimliyi məlum olub. Qaradağ rayon Polis İdarəsindən (RPİ) Report-a verilən məlumata görə, qəsəbə sakini İlqar Quliyev münaqişə zəminində tüfəngdən atəş açaraq həmyerlisi, əvvəllər məhkum olunan Şaban Nəbiyevə xəsarət yetirib və hadisədən sonra ərazini tərk edib. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır. Qeyd edək ki, İ. Quliyev mərhum Şaban Nəbiyevin 2007-ci il yanvar ayınin 9-da qətlə yetirdiyi Ələsgər Quliyevin oğludur. İ.Quliyev atasının qisasını almaq məqsədi ilə Ş.Nəbiyevi qətlə yetirib.
Qaradağdakı qətli atasının qisasını almaq üçün oğulun törətdiyi məlum olub
Hadisə
4 Sentyabr , 2014
16:07
https://static.report.az/photo/7d05ce24-7310-4e62-b3b1-03e7b710bfa0.jpg
Rus versiyası
Стали известны подробности убийства в Гарадаге
İngilis versiyası
Son suspects in revenge shooting for his father’s death