Qarabağ kanalının Bərdə ərazisindən keçən hissəsində sızma olub - VİDEO - YENİLƏNİB

Qarabağ kanalının Bərdə ərazisindən keçən hissəsində sızma olub - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Hadisə
28 Sentyabr , 2018 15:33
Qarabağ kanalının Bərdə ərazisindən keçən hissəsində sızma olub - VİDEO - YENİLƏNİB
Report
0 : 00
0 : 00

Video əlavə olunub


*** 14:38

Bərdə. 28. Sentyabr. REPORT.AZ/ Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində sızma baş verib.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Bəcirəvan kəndi ərazisində qeydə alınıb.

Qarabağ kanalından sızan su torpaq uçqunu yaradıb. Su torpaq kanaldan ayrılaraq kiçik drenaj kanalına tökülüb.

Yaşayış məntəqəsi və əkin sahələri subasma təhlükəsilə üzləşdiyindən aidiyyəti dövlət orqanları tədbirlərə başlayıb. Əraziyə Rayon İcra Hakimiyyətinin, Fövqaladə Hallar Nazirliyinin, "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin və rayon Polis Şöbəsinin əməkdaşları cəlb ediliblər. 

"Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin Qarabağ Su-kanal İdarəsi tərəfindən təmir-bərpa işlərinə başlanılıb. Texnika və işçi qüvvəsi cəlb edilərək bənd bərkitmə işləri aparılır.

Yuxarı Qarabağ Kanalının İstismarı İdarəsinin rəisi Şakir İmanovun verdiyi məlumata görə, hadisə kanalın 83 km-liyində baş verib. Kanalın aşağı hissəsindən kəhriz keçdiyindən topraq kanalda yuyulma baş verib. Nəticədə su sızmasi baş verib. Əraizdə təhlükəsizlik tədbirləri ilə yanaşı, bərpa işləri də aparılır.

Son xəbərlər

Orphus sistemi