Gürcüstandan ölkəyə qanunsuz yolla spirtli içkilər və siqaretlərin gətirilməsinin qarşısı alınıb
- 29 yanvar, 2019
- 07:30
Bakı. 29 yanvar. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "VAZ-2106" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.
Komitədən “Report”a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, gömrük baxışı vaxtı avtomobilin salonunda - ayaq altı hissəsinə qoyulan yüklərin altında üzərində "Hlibny Dar" yazılan 15 ədəd spirtli içki və mühərrikxanasında qara sellofan torbada, üzərində "Gold Mount" yazılan 4 800 ədəd siqaret aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.