Qanunsuz silahlı qruplaşmada iştirak edən azərbaycanlı “İnterpol” xəttilə axtarışa verilib

Hadisə
  • 06 sentyabr, 2018
  • 11:30
Qanunsuz silahlı qruplaşmada iştirak edən azərbaycanlı “İnterpol” xəttilə axtarışa verilib

Bakı. 6 sentyabr. REPORT.AZ/ Rusiya ağır cinayətlərdə ittiham olunan azərbaycanlını beynəlxalq axtarışa verib.

“Report”un məlumatına görə, Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Azər Oqtay oğlu Ömərov qanunsuz silahlı birləşmələrin tərkibində iştirakda təqsirli bilinir.

A.Ömərov Rusiyanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün “İnterpol”a müraciət edilib.

44 filmi