"Qala" basketbol klubunun sabiq üzvü məhkəmədə ifadə verib

"Qala" basketbol klubunun sabiq üzvü məhkəmədə ifadə verib "Həbs olunan günü öz evimizdə təmir işləri gedirdi"
Hadisə
11 Yanvar , 2017 12:41
Qala basketbol klubunun sabiq üzvü məhkəmədə ifadə verib

Bakı. 11 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik maddə satmaqda təqsirləndirilən Cəlilabad rayon sakini Toğrul Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Daha sonra ifadə verən təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.

O, ümumiyyətlə narkotik maddə alverçisi olmadığını söyləyib. T.Əsgərov basketbolçu olduğunu bildirib: "Ölkənin bir neçə basketbol klubunda təmsil olunmuşam. "Qala" basketbol klubunun üzvü olmuşam. Həbs olunan günü öz evimizdə təmir işləri gedirdi".

Məhkəmənin növbəti prosesi yanvarın 18-nə təyin edilib.

İttiham aktına əsasən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad şəhər sakini T.Əsgərovun Nəsimi rayonu ərazisində kirayədə yaşadığı evinə baxış zamanı oradan 3 kiloqram 500 qram tiryək aşkar edilərək götürülüb.

T.Əsgərov Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, külli miqdarda törədildikdə) maddəsilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi