Qadınlara qarşı cinayət törədənin istintaqı başa çatdı

Hadisə
  • 08 may, 2020
  • 12:41
Qadınlara qarşı cinayət törədənin istintaqı başa çatdı

Bakıda quldurluqda təqsirləndirilən Vaqif Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Mahmud Ağalarovun icraatında olan iş üzrə hazırlıq iclasının vaxtı açıqlanmayıb.

Qeyd edək ki, hadisə ötən il sentyabr ayında baş verib.

1973-cü il təvəllüdlü Məmmədov Vaqif Əbdülxalıq oğlu Zığ şosesi yaxınlığında yerləşən köşkə işə gələn satıcısı L.A-ya hücum edərək bıçaqla hədələyib. Daha sonra kassada olan 650 manatı götürərək hadisə yerindən uzaqlaşıb.

Polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılan V.Məmmədova Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq) maddəsi ilə ittiham verilib.

Cinayət işi üzrə daha bir qadın da zərərçəkmiş qismində tanınıb.