Qadını qətlə yetirən Sumqayıt sakininin məhkəməsi başlayıb

Qadını qətlə yetirən Sumqayıt sakininin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası yanvarın 28-nə təyin edilib
Hadisə
22 Yanvar , 2016 11:18
Qadını qətlə yetirən Sumqayıt sakininin məhkəməsi başlayıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vahid Vəliyevin cinayət işi üzrə məhkəmə başlayıb.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 28-nə təyin edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, 2015-ci il avqustun 25-də Sumqayıt şəhərində yaşayan Yeganə Mirzəyeva evdən çıxıb, geri qayıtmayıb. Sentyabrın 22-də Abşeron rayonu Qobu qəsəbəsinin ərazisində Y.Mirzəyevanın baş nahiyəsində xəsarəti olan, çürüməyə məruz qalmış meyiti tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisənin münaqişə zəminində Sumqayıt şəhər sakini Vahid Vəliyev tərəfindən törədilməsi müəyyən edilib və o, tutulub.

Son xəbərlər

Orphus sistemi