"Qaçqınkom" sədrinin bahalı xidməti avtomobil almasına aydınlıq gətirilib

"Qaçqınkom" sədrinin bahalı xidməti avtomobil almasına aydınlıq gətirilib Bakı. 28 yanvar. REPORT.AZ/ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (Qaçqınkom) sədrinin bahalı xidməti avtomobil almasına aydınlıq gətirilib.
Hadisə
28 Yanvar , 2019 14:42
Qaçqınkom sədrinin bahalı xidməti avtomobil almasına aydınlıq gətirilib

Bakı. 28 yanvar. REPORT.AZ/ Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") sədrinin bahalı xidməti avtomobil almasına aydınlıq gətirilib.

Dövlət Komitəsindən "Report"a verilən məlumatda bildirilir ki, ötən il dövlət başçısının apardığı struktur islahatları və mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlərin təyinatı çərçivəsində Baş nazirin müavininin eyni zamanda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin səlahiyyətlərini yerinə yetirməsinə xitam verilib, Dövlət Komitəsinə yeni sədr təyin edilib.

"Bu zaman xidməti avtomobilin Baş nazirin müavininin istifadəsində qalması və yeni təyin edilmiş sədrin xidməti avtomobillə təmin olunmasına zərurət yaranması nəzərə alınaraq, yeni avtonəqliyyat vasitəsinin alınması üçün Maliyyə Nazirliyi tərəfindən mövcud qaydada dövlət vəsaiti ayrılıb. Xidməti avtomobilin alınması mövcud qanunvericilik əsasında həyata keçirilib. Xidməti avtomobilin markası seçilərkən onun respublikamızın mərkəzi icra hakimiyyəti orqanlarının istifadəsində olan avtonəqliyyat vasitələrinin markasına uyğunluğu əsas götürülüb", - məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi