FHN Puta Dəniz Limanında gəmidəki yanğınla bağlı məlumat yayıb

FHN Puta Dəniz Limanında gəmidəki yanğınla bağlı məlumat yayıb Bakı şəhərinin Qaradağ rayonunda Puta Dəniz Limanında gəmidə yanğın olması barədə məlumat daxil olub.
Hadisə
2 Avqust , 2022 23:50
FHN Puta Dəniz Limanında gəmidəki yanğınla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Puta Dəniz Limanında gəmidəki yanğınla bağlı məlumat yayıb.

"Report" FHN-ə istinadən xəbər verir ki, Qaradağ rayonunda Puta Dəniz Limanında qoşqu gəmisinin mühərrik zalının yanar hissələri və içərisindəki avadanlıqlar 110 m² sahədə yanıb.

Gəminin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

22:01

Bakı şəhərinin Qaradağ rayonunda Puta Dəniz Limanında gəmidə baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

"Report" bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Əlavə məlumat veriləcək.

20:55

Bakı şəhərinin Qaradağ rayonunda Puta Dəniz Limanında gəmidə yanğın olması barədə məlumat daxil olub.

"Report" bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Məlumat qəbul edildikdən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi