Ailə institutunun inkişafına və nikah münasibətlərinin tənzimlənməsinə dəstək verilməsi, nikahın pozulması hallarının mümkün qədər qarşısının alınması məqsədi ilə vətəndaş cəmiyyəti institutları ilə birgə layihə çərçivəsində
“Report”un xəbərinə görə, nikahın pozulması üçün qeydiyyat şöbələrinə müraciət edən insanlar arasında həmin psixoloqlar tərəfindən izahat işinin aparılması, səbəblərin öyrənilməsi və aradan qaldırılması istiqamətində söhbətlərin keçirilməsi nəticəsində onların bir qismi bu fikirdən dönüb.
Belə ki, bu xidmətin göstərilməyə başlandığı gündən hazıradək həmin şəxslərin 20%-ə qədəri nikahın pozulmasından imtina edib.
Qeyd olunan xidmətin müsbət nəticə verdiyi nəzərə alınaraq cari ildə onun respublikanın bəzi rayonlarında da tətbiqinə başlanılıb.