Prokurorluqdan Mingəçevirdə fəhlənin ölümü ilə bağlı məlumat

Prokurorluqdan Mingəçevirdə fəhlənin ölümü ilə bağlı məlumat Sentyabrın 4-də Mingəçevir şəhəri ərazisində 1978-ci il təvəllüdlü İsaq Əhmədovun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub.
Hadisə
5 Sentyabr , 2020 12:01
Prokurorluqdan Mingəçevirdə fəhlənin ölümü ilə bağlı məlumat

Sentyabrın 4-də Mingəçevir şəhəri ərazisində 1978-ci il təvəllüdlü İsaq Əhmədovun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Report"a Mingəçevir Şəhər Prokurorluğundan məlumat verilib. 

Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İlkin istintaqla İsaq Əhmədovun Mingəçevir İstilik Elektrik stansiyasının 1-ci nasosxanasında boyama işləri görən zaman elektrik cərəyanın təsirinə məruz qalaraq ölməsi müəyyən edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi