Prokurorluq Şəki sakininin ölümü ilə bağlı məlumat yaydı
Hadisə
- 28 fevral, 2020
- 08:27
Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Şəki şəhərində meyiti tapılan Y.Əliyevin üzərində zorakılıq əlamətlərinin aşkar olunması ilə bağlı əsassız məlumatlar yayılıb.
Şəki Rayon Prokurorluğundan "Report"a bildirilib ki, həmin məlumatlar həqiqəti əks etdirmədiyindən təkzib olunur.
Belə ki, yanvarın 25-də saat 2 radələrində Şəki şəhər sakini 1982-ci il təvəllüdlü Əliyev Yusif Yaşar oğlunun yaşadığı evdə vəfat etməsi barədə daxil olan məlumat əsasında məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə baxış keçirilib.
Y.Əliyevin meyiti müayinə edilərkən üzərində hər hansı zorakılıq əlamətləri və ya xəsarət aşkar edilməyib.
Araşdırmalarla Y.Əliyevin yaşadığı evdə ürək-ağciyər çatışmazlığından vəfat etməsi müəyyən olunub.
Son xəbərlər
17:33
AFFA rəsmisi: "Kopenhagendəki seminar yüksək səviyyədə təşkil olunmuşdu"
Futbol17:33
Lahıcda Qoruqların İdarəedilməsi Mərkəzinin yeni inzibati binası istifadəyə veriləcək
Turizm17:30
Azərbaycan və Malayziya İKT sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib
İKT17:26
Foto
Afrika İttifaqı Komissiyasının sədri WUF13-ə dəvət alıb
Xarici siyasət17:18
"Karvan-Yevlax"ın baş məşqçisi: "Kəpəz"lə oyunun nəticəsi klubdakı taleyimə təsir etməyəcək" - MÜSAHİBƏ
Futbol17:14
Azərbaycanda dilerlərin satdığı işlənmiş avtomobillərin ƏDV-yə cəlb olunması müzakirə edilib
Maliyyə17:12
Kommunal xidmətlərlə bağlı Fəaliyyət Planının cari statusu müzakirə olunub
Biznes17:12
Niderland Azərbaycana yeni səfir müavini təyin edib
Xarici siyasət17:05
Foto