Prokuror sabiq bank əməkdaşına cəza istəyib
Hadisə
- 27 dekabr, 2017
- 08:01
Bakı. 27 dekabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən İlham Qasımovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.
Dövlət ittihamçısı çıxışında İ.Qasımovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, İ.Qasımov əvvəllər "Kapital Bank"da, daha sonra VTB Bankda işləyib. O, işdən çıxdıqdan sonra Rusiyaya gedib və beş il orada yaşayıb. Onun barəsində beynəlxalq səviyyədə axtarış elan edilib və tutularaq Azərbaycana gətirilib.
İ.Qasımov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə) və digər maddəsi ilə ittiham olunur.
Son xəbərlər
21:01
Ankarada içi tütünlə doldurulmuş 2 milyon 160 min siqaret gilizi ələ keçirilib
Region20:43
Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqlayıb
Xarici siyasət20:40
"Fənərbağça" futbolçusu Rodriqo Bekanı Rusiya klubuna icarəyə verib
Futbol20:36
Sabah Yasamal və Qaradağda qaz olmayacaq
Energetika20:29
EIA 2027-ci il üçün Azərbaycanda neft hasilatı proqnozunu açıqlayıb
Energetika20:24
EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu dəyişməz saxlayıb
Energetika20:19
Rəhman Mustafayev Azərbaycanın beynəlxalq məsələlər üzrə mövqeyi barədə danışıb
Xarici siyasət20:18
Antiinhisar Agentliyi 7 ayda reklam qanunvericiliyinin pozulması ilə bağlı 29 protokol tərtib edib
Biznes20:13