Prokuror ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən şəxslərə cəza istəyib
- 20 oktyabr, 2017
- 08:18
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 20 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Qərib Eyvazlı və Əli Abdullayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prkuorur çıxışında Q.Eyvazlı və Ə.Abdullayevin hər biri 8 il müddətinə azadlıqdan məhrum edilməsini istyib.
Proses oktyabrın 26-da davam etdiriləcək.
Qeyd edək ki, hadisə ötən il saat 1.00 radələrində Binəqədi-Mehdiabad yolunda qeydə alınıb. Bakı şəhər sakini Ə.Abdullayevin idarə etdiyi "Range Rover" markalı avtomobil Q.Eyvazlının idarə etdiyi "VAZ-21015" markalı maşınla toqquşub.
Nəticədə "VAZ-21015" markalı avtomobilin sürücüsü Ramiz Muradov və sərnişini Elgün Məmmədov aldıqları xəsarətdən ölüblər.