Prokuror keçmiş MTN generallarına cəza istəyib - YENİLƏNİB -2

Prokuror keçmiş MTN generallarına cəza istəyib - YENİLƏNİB -2 Məhkəmə prosesi martın 1-də davam etdiriləcək
Hadisə
22 Fevral , 2018 15:56
Prokuror keçmiş MTN generallarına cəza istəyib - YENİLƏNİB -2
Report

Bakı. 22 fevral. REPORT.AZ/ Prokuror Sübahir Qurbanovun 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

"Report" xəbər verir ki, dövlət ittihamçısı digər şəxslərin - general Teymur Quliyevin 16 il, general Natavan Mirvətovanın 12 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Prokuror eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyevin 15, Zaur Məmmədovun 13, Natiq Alıyevin 14, Fərhad Atayevin 7, Anar Şirəliyevin 7, Eşqin Əliyevin 7 və Elşad Əzizovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Məhkəmə prosesi martın 1-də davam etdiriləcək.


***12: 21

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.

“Report”un xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə dövlət ittihamçısı çıxış edir.


*** 09:21

Bakı. 22 fevral. REPORT.AZ/ Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri - general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam etdiriləcək.

“Report”un xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçiriləcək prosesdə dövlət ittihamçısının çıxış edəcəyi gözlənilir.

Qeyd edək ki, MTN-in sabiq baş idarə və idarə rəisləri - Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizov 2015-ci ildə həbs olunublar.

Son xəbərlər

Orphus sistemi