Prokuror İlhamə Quliyevanın sabiq köməkçisinin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib

Prokuror İlhamə Quliyevanın sabiq köməkçisinin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib Məhkəmənin növbəti iclası dekabrın 27-nə təyin edilib
Hadisə
20 Dekabr , 2016 12:58
Prokuror İlhamə Quliyevanın sabiq köməkçisinin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib

Bakı. 20 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında M.Hüseynovanın 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

M.Hüseynovanın vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası dekabrın 27-nə təyin edilib.

Qeyd edək ki, xalq artisti İ.Quliyevanın sabiq köməkçisi M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 2016-cı il fevral ayının 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.

Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi