Prokuror “Damdayatan Nizam”ın narkotik alverçisi olan qızına cəza istəyib
- 30 yanvar, 2019
- 13:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 30 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satmaqda təqsirləndirilən Şəms Səmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında onun 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti iclası fevralın 6-na təyin edilib.
Qeyd edək ki, polis əməkdaşları 2018-ci il mayın 18-də Bakıda narkotik və güclü təsiredici psixotrop tərkibli həblər satan şəxsləri saxlayıb.
Xatırladaq ki, Ş.Səmədovanın atası “Damdayatan Nizam” ləqəbi ilə tanınan Nizam Quliyev və nənəsi Məsmə Quliyeva və bacısı Lamiyə Quliyeva da “Kubinka” adlanan ərazidə vaxtilə narkotik ticarəti ilə məşğul olublar.