Prokuror Bakıda mağaza sahibini öldürməkdə təqsirləndirilən şəxsə cəza istəyib

Prokuror Bakıda mağaza sahibini öldürməkdə təqsirləndirilən şəxsə cəza istəyib Məhkəmənin növbəti iclası aprelin 24-nə təyin edilib
Hadisə
18 Aprel , 2018 16:33
Prokuror Bakıda mağaza sahibini öldürməkdə təqsirləndirilən şəxsə cəza istəyib

Bakı. 18 aprel. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində mağaza sahibini öldürməkdə təqsirləndirilən Əmrah Əlizadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında onun 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası aprelin 24-nə təyin edilib.

İttihama görə, hadisə ötən il yanvarın 9-da Sabunçu rayonu, Bilgəh qəsəbəsində qeydə alınıb.

Qəsəbə ərazisində Ə.Əlizadə Hacıbaba Məmmədovu icarəyə götürərək işlətdiyi ərzaq mağazasında bıçaqlayıb. 

H.Məmmədov 3 saylı Sabunçu Şəhər Xəstəxanasına çatdırılıb. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

H.Məmmədovu öldürən Ə.Əlizadə saxlanılaraq istintaqa təhvil verilib.

Cinayəti törədən Ə.Əlizadə H.Məmmədovun qonşusudur.

Məlumata görə, hadisə pul üstündə baş verib.

Son xəbərlər

Orphus sistemi