Prokuror Bakıda bəraət alan qadının hökmündən kassasiya protesti verib

Prokuror Bakıda bəraət alan qadının hökmündən kassasiya protesti verib Ali Məhkəmədə keçiriləcək iclas dekabrın 13-nə təyin edilib
Hadisə
12 Dekabr , 2016 10:54
Prokuror Bakıda bəraət alan qadının hökmündən kassasiya protesti verib

Bakı. 12 dekabr. REPORT.AZ/ Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri saxlamaqda təqsirləndirilən Maya Elçin qızı Yaqubova barəsində çıxarılan bəraət hökmündən dövlət ittihamçısı kassasiya protesti verib.

"Report"un məlumtına görə, Ali Məhkəmədə keçiriləcək iclas dekabrın 13-nə təyin edilib.

İşə hakim Fərhad Kərimovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, M.Yaqubova satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri saxlamaqda təqsirli bilinərək polis əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham olunub.

2015-ci il martın 17-də Yasamal Rayon Məhkəməsi M.Yaqubova barəsində bəraət hökmü çıxarıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsində, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, prokurorun apellyasiya protesti təmin edilməyib və birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanıb. Daha sonra dövlət ittihamçısı Ali Məhkəməyə müraciət edərək, kassasiya protesti verib.

Son xəbərlər

Orphus sistemi