Prokuror Bakıda 39 min manatlıq dələduzluq edən qadına cəza istəyib

Prokuror Bakıda 39 min manatlıq dələduzluq edən qadına cəza istəyib Məhkəmənin növbəti iclası aprelin 27-nə təyin edilib
Hadisə
22 Aprel , 2017 10:14
Prokuror Bakıda 39 min manatlıq dələduzluq edən qadına cəza istəyib
Report

Bakı. 22 aprel. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ülkər İbrahimovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında Ü.İbrahimovanın 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili çıxış üçün məhkəmədən vaxt tələb edib.

Məhkəmənin növbəti iclası aprelin 27-nə təyin edilib.

Qeyd edək ki, Ü.İbrahimova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur. İttiham aktına əsasən, o, Bakıda "Gənclik" mağazasında satıcı vəzifəsində çalışarkən işlədiyi yerin sahibinə qarşı dələduzluq edib. Ü.İbrahimova zərərçəkmişin ümümilikdə 39 min 184 manat dəyərində qızıl-zinət əşyalarını dələduzluq yolu ilə ələ keçirib.

Son xəbərlər

Orphus sistemi