Prokuror azadlığa buraxılmış sabiq baş həkimin barəsindəki hökmdən protest verib

Prokuror azadlığa buraxılmış sabiq baş həkimin barəsindəki hökmdən protest verib Dövlət ittihamçısı onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəaların xaric edilməsini istəyir
Hadisə
31 İyul , 2017 17:41
Prokuror azadlığa buraxılmış sabiq baş həkimin barəsindəki hökmdən protest verib
Report

Bakı. 31 iyul. REPORT.AZ/ Dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsinin Bakı şəhər Baş Səhiyyə İdarəsinin Şəhər Narkoloji Dispanserinin sabiq baş həkimi Hüseyn Həsənov barəsində olan hökmündən apellyasiya protesti verib.

“Report”un xəbərinə görə, dövlət ittihamçısı H.Həsənovun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəaların xaric edilməsini istəyir.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı şəhər Baş Səhiyyə İdarəsinin Şəhər Narkoloji Dispanserinin baş həkimi Hüseyn Həsənovun 2017-ci ilin yanvar-fevral aylarında qeyd olunan müəssisədə narkoloji xəstəliklə əlaqədar qeydiyyatda olub-olmamaları barədə arayışların verilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 3190 manat məbləğində pulu rüşvət kimi tələb edib alması ilə bağlı Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin 24 iyul 2017-ci il tarixli hökmü ilə H.Həsənov 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il 6 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib və barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilib.

Son xəbərlər

Orphus sistemi