Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair Tədbirlər Planı təsdiq edilib

Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair Tədbirlər Planı təsdiq edilib Bakı. 7 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Hadisə
7 Fevral , 2019 18:39
Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair Tədbirlər Planı təsdiq edilib

Bakı. 7 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirmək, Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Prezidentə məlumat vermək tapşırılıb.

Sərəncama əsasən, Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.

Sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə həvalə edilib.

Son xəbərlər

Orphus sistemi