Polşada azərbaycanlı tələbəyə silahlı hücum olub

Hadisə
  • 07 noyabr, 2018
  • 06:53
Polşada azərbaycanlı tələbəyə silahlı hücum olub

Bakı. 7 noyabr. REPORT.AZ/ Polşada Varşava Turizm İnstitutunun tələbəsi, Azərbaycan vətəndaşı, 1995-ci il təvəllüdlü Şəfili Tural silahlı hücuma məruz qalıb.

“Report”un Polşa bürosunun verdiyi məlumata görə, qaz tapançası ilə baş verən silahlı hücum nəticəsində azərbaycanlı tələbə xəsarət alıb.

Hadisə gecə saatlarında, naməlum şəxslər tərəfindən törədilib.