Polislə atışmada ölənlər Nardaran qəbiristanlığında dəfn edilib

Polislə atışmada ölənlər Nardaran qəbiristanlığında dəfn edilib Bunlar Əkbər Babayev, Fərahim Bünyatov və Rəfael Bünyatovdur
Hadisə
1 Dekabr , 2015 13:15
Polislə atışmada ölənlər Nardaran qəbiristanlığında dəfn edilib

Bakı. 1 dekabr. REPORT.AZ/ Nardaranda polisin keçirdiyi əməliyyat nəticəsində ölənlərin meyitləri qəsəbə qəbiristanlığında dəfn olunub. “Report”un xəbərinə görə, dəfn olunanlar Nardaran qeydiyyatında olan Əkbər Babayev, Fərahim Bünyatov və Rəfael Bünyatovdur.

Xatırladaq ki, hüquq-mühafizə orqanları hazırda Nardaranda xüsusi əməliyyat keçirir.

Qeyd edək ki, noyabrın 26-da Daxili İşlər Nazirliyi (DİN) Nardaranda xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. Ölənlərdən üçü Nardaran sakinidir.

2 polis əməkdaşı qəhrəmancasına həlak olub. Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib.

Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi