Qanunsuz miqrasiyaya qarşı əməliyyat keçirilib, 25 əcnəbi saxlanılıb

Qanunsuz miqrasiyaya qarşı əməliyyat keçirilib, 25 əcnəbi saxlanılıb Bakı şəhərində müxtəlif ünvanlarda ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan əcnəbilərə qarşı DİN-in BPQMİ-nin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Nəticədə müxtəlif ölkələrin vətənda
Hadisə
28 İyun , 2024 13:36
Qanunsuz miqrasiyaya qarşı əməliyyat keçirilib, 25 əcnəbi saxlanılıb

Qanunsuz miqrasiyaya qarşı əməliyyat keçirilib, müxtəlif ölkələrin vətəndaşı olan 25 nəfər saxlanılıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, araşdırma zamanı həmin əcnəbilərin pul müqabilində guya Azərbaycandan tranzit kimi istifadə olunmaqla qeyri-leqal yollarla Avropa ölkələrinə keçidinin təmin ediləcəyi vədi ilə dələduzluğa məruz qalmaları müəyyən edilib. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib.

Məlumata görə, Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 2024-cü ilin əvvəlindən keçirilən tədbirlərlə ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan 127 əcnəbi vətəndaş müəyyən edilib və barələrində müvafiq tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi