Polis Bakıda mağaza satıcısını və müştərini oyuncaq tapança ilə hədələyən şəxsi saxlayıb
Hadisə
- 01 iyun, 2019
- 09:12
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları vətəndaşları hədələmləkdə şübhəli bilinən R.Rəsulovu saxlayıblar.
Daxili İşlər Nazirliyindən “Report”a verilən məlumata görə, hadisə mayın 30-da Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsində yerləşən mağazada baş verib.
Naməlum şəxs xuliqanlıq zəminində orada satıcı işləyən Abşeron rayon sakini E.Əhmədovu və müştəri qismində olan paytaxt sakini E.Əsgərovu tapançaya bənzər əşya ilə öldürəcəyi ilə hədələyib.
Keçirilən əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Rəsulov saxlanılıb. Onun evinə baxış zamanı 1 ədəd oyuncaq tapança aşkar olunaraq götürülüb.
Son xəbərlər
02:33
Millətlər Liqasında pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşib
Futbol
02:14
Norveçdə pensiya yaşı artırıla bilər
Digər ölkələr
01:44
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
Futbol
01:19
Azərbaycanın qadın basketbol millisi İslandiyaya məğlub olub
Komanda
01:10
Apple xidmətlərində yaranan nasazlığın səbəbini açıqlayıb
İKT
00:36
Günəşdə güclü alışma baş verib
Ekologiya
00:03
Foto
Cəlilabadda bələdiyyə sədri qəfil vəfat edib
Hadisə
23:54
MEE: ABŞ HHM sahəsində Səudiyyə Ərəbistanına kömək edəcək
Digər ölkələr
23:49
SEPAH: Hörmüz boğazında bir gündə üç gəmi partlayıb
Region