Polis keçmiş məhkumlarda narkotik vasitə aşkarlayıb

Hadisə
  • 21 dekabr, 2019
  • 06:00
Polis keçmiş məhkumlarda narkotik vasitə aşkarlayıb

Bakıda keçmiş məhkumlarda narkotik vasitə aşkarlanıb.

“Report”un xəbərinə görə, hadisə Xəzər və Səbail rayonu ərazilərində qeydə alınıb.

Belə ki, Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuşlar – 1962-ci il təvəllüdlü H.Rzayev və 1993-cü il təvəllüdlü F.Mehdizadə saxlanılıb.

Onların üzərinə baxış keçirilən zaman H.Rzayevdən 466 qram, F.Mehdizadədən isə 502 qram heroin aşkar olunaraq götürülüb.

Bundan başqa, Səbail RPİ-nin 8-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini, 1987-ci il təvəllüdlü F.Əliyevdən 139 qram metamfetamin aşkar olunaraq götürülüb. 

Hər iki faktla bağlı araşdırma aparılır.