Bakıda sərxoş vəziyyətdə avtomobillə piyadanı vuraraq öldürən sürücünün ibtidai istintaqı yekunlaşıb

Hadisə
  • 05 mart, 2019
  • 05:16
Bakıda sərxoş vəziyyətdə avtomobillə piyadanı vuraraq öldürən sürücünün ibtidai istintaqı yekunlaşıb

Bakı. 5 mart. REPORT.AZ/ Bakıda piyadanı avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Həsənov Əli Bəhlul oğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

"Report"un xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Zeynal Ağayevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, ötən il dekabrın 9-da saat 22 radələrində Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Həsənov Əli Bəhlul oğlu sərxoş vəziyyətdə idarə etdiyi “Mercedes-Benz E 220” markalı, 90-KS-784 dövlət nömrə nişanlı avtomobillə Sabunçu rayonu, Ramana qəsəbəsində hərəkətdə olarkən piyada, 1954-cü il təvəllüdlü Məmmədov Bəhram İsmayıl oğlunu vurub, sonuncu aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Daha sonra Ə.Həsənov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti