Pirşağıda qadını vurub öldürən sürücünün cinayət işi məhkəməyə göndərilib

Hadisə
  • 28 sentyabr, 2019
  • 13:23
Pirşağıda qadını vurub öldürən sürücünün cinayət işi məhkəməyə göndərilib

Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elşad Allahverdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. Hakim Ziya Şirinovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu il avqustun 6-da saat 17 radələrində Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində baş verb. Bakı şəhər sakini E.Allahverdiyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən qəsəbə sakini Zöhrə Süleymanovanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Sabunçu Rayonu Polis İdarəsinin İstintaq şöbəsində aparılan cinayət işi üzrə E.Allahverdiyevə Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ititham verilib.