​Azərbaycana 1 tondan artıq pirotexnika gətirilməsinin qarşısı alınıb

​Azərbaycana 1 tondan artıq pirotexnika gətirilməsinin qarşısı alınıb İnzibati qanun pozuntusu barədə cinayət işi qaldırılıb
Hadisə
13 Yanvar , 2015 07:45
​Azərbaycana 1 tondan artıq pirotexnika gətirilməsinin qarşısı alınıb
Bakı. 13 yanvar. REPORT.AZ/ Dağıstanın Maqaramkent gömrük məntəqəsində bir tondan artıq pirotexnika məmulatının qanunsuz olaraq Azərbaycana gətirilməsinin qarşısı alınıb.

"Report" "Daqestanskaya Pravda"ya istinadən xəbər verir ki, bu barədə Dağıstan Gömrük Xidmətinin məlumatında bildirilir.

"Rusiyadan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Volkswagen Crafter" markalı avtomobilin gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi aparılan zaman 1294 kq miqdarında qanunsuz pirotexnika məmulatı aşkar edilib", - deyə məlumatda bildirilir.

Qanunsuz aparılan pirotexnika müsadirə olunub. İnzibati qanun pozuntusu barədə cinayət işi qaldırılıb.

Son xəbərlər

Orphus sistemi