"Report" xəbər verir ki, gənc oğlan ötən ilin avqust ayında taksi sürücüsünü qətlə yetirməkdə müqəssir bilinib.
V.Məmmədov və zərərçəkən - taksi sürücüsü 38 yaşlı Denis Rudakov arasında münaqişə Pionerskaya küçəsində yerləşən ərzaq mağazasında növbə üstündə baş verib. Dava sonradan küçədə davam edib. Həmyerlimiz taksi sürücüsünün ardınca gedərək ona tapançadan bir neçə dəfə atəş açıb və hadisə yerindən qaçıb.
Denis Rudakov xəstəxanaya aparılıb və 18 avqust 2013-cü ildə dünyasını dəyişib.
Vüsal Məmmədov axtarışa verilib. O, 2014-cü il oktyabrın 6-da saxlanılıb. V. Məmmədova qarşı adam öldürmə və qanunsuz silah dövriyyəsi üzrə ittiham irəli sürülüb. Məhkəmə həmyerlimizi cəzasını ciddi rejimli islah-əmək müəssisəsində çəkmək şərti ilə 14 il müddətinə azadlıqdan məhrum edib.