Bakı. 20 fevral. REPORT.AZ/ Ədliyyə Nazirliyi Penitensiar xidmətin inzibati binasında yanğın baş verib.
"Report"un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın 15 kv.m ərazini əhatə edib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğını söndürüblər.
Yanğının qısaqapanmadan baş verdiyi ehtimal olunur.
