Paytaxtda maşın səki ilə gedən qıza çırpılıb

Hadisə
  • 14 iyun, 2017
  • 04:14
Paytaxtda maşın səki ilə gedən qıza çırpılıb

Bakı. 14 iyun. REPORT.AZ/ Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, paytaxtın Cavanşir küçəsində taksi fəaliyyəti ilə məşğul olan iki avtomobil - "Mercedes" və "Jiquli" toqquşub.

Zərbənin gücündən "Jiquli" səki ilə hərəkət edən 1998-ci il təvəllüdlü Mahmudlu Məryəm Mirzağa qızına dəyib. Nəticədə piyada bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Fakt araşdırılır.