Paytaxtda avtomobil qaçıran şəxs saxlanılıb

Hadisə
  • 04 oktyabr, 2018
  • 08:44
Paytaxtda avtomobil qaçıran şəxs saxlanılıb

Bakı. 4 oktyabr. REPORT.AZ/ Bakıda avtomobil qaçıran şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, sentyabrın 20-də Bakı şəhər sakini Qəşəm Mirzəyevin “VAZ-2101” markalı avtomobilinin Sabunçu rayonu ərazisindən qaçırılması barədə 12-ci Polis şöbəsinə məlumat daxil olub.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nəqliyyat vasitəsinin oktyabrın 3-də saat 13 radələrində Balaxanı qəsəbəsi ərazisində hərəkətdə olması DİN-in Təhlükəsiz Şəhər Xidməti tərəfindən müəyyən edilib. Dərhal görülən tədbirlərlə avtomobil qəsəbə ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı sürücü, qəsəbə sakini Xəyal Behbutov həmin avtomobili bu il sentyabrın 29-da Novruz adlı şəxsdən 350 manata aldığını bildirib.

Araşdırma aparılır.