Paytaxtda avtomobil gənc oğlanı vurub

Paytaxtda avtomobil gənc oğlanı vurub Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
28 Noyabr , 2021 04:49
Paytaxtda avtomobil gənc oğlanı vurub

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Babək prospektində yolu keçən 1994-cü il təvəllüdlü Abbasov Taleh Fərrux oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bəbənin müştərək travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi