Paytaxtda avtomobil 52 yaşlı qadını vurub

Hadisə
  • 16 mart, 2022
  • 02:24
Paytaxtda avtomobil 52 yaşlı qadını vurub

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1970-ci il təvəllüdlü Ağalarova Səringül Qafar qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona çanaq sümüklərinin sınığı, bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.