Paytaxtda 30 yaşlı gənc çoxsaylı bıçaq xəsarətləri aldı

Hadisə
  • 19 aprel, 2020
  • 18:28
Paytaxtda 30 yaşlı gənc çoxsaylı bıçaq xəsarətləri aldı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Xətai rayonunun Nobel prospektində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Bayramov Röyal Rafiq oğlu mübahisə etdiyi şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona çoxsaylı kəsilmiş-deşilmiş bıçaq yaraları diaqnozu qoyulub, dərhal cərrahi əməliyyat icra olunub.

Hazırda R. Bayramovun vəziyyəti ağırdır.

Faktla bağlı polis tərəfindən araşdırma aparılır. 

Ramin Şahbazov