Bakıda vətəndaşı döyərək mobil telefonu və qol saatını alan şəxslər saxlanılıblar
- 30 yanvar, 2019
- 08:18
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 30 yanvar. REPORT.AZ/ Bakıda vətəndaşı döyərək mobil telefonu və qol saatını alan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, Nərimanov rayon Polis idarəsinin 17-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakini Z.Zalov yanvarın 28-də saat 23 radələrində N.Hacıyev küçəsində 3 nəfərin onu “Niva” markalı avtomobilə mindirərək döyüb mobil telefonunu və qol saatını aldıqlarını bildirib.
Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalar başlanılıb. Aparılmış əməliyyat-axtarış tədbirləri ilə həmin cinayət əməlini törətməkdə şübhəli bilinən şəxslər qısa müddətdə müəyyən ediliblər. Onlardan paytaxt sakinləri B.Səfquliyev və R.Sadıxov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə cinayət işi başlanılıb.
Nərimanov rayon Polis idarəsində araşdırma aparılır.