Paytaxtda qəza törədən sürücü hadisə yerindən qaçıb - VİDEO - ƏLAVƏ OLUNUB

Paytaxtda qəza törədən sürücü hadisə yerindən qaçıb - VİDEO - ƏLAVƏ OLUNUB Video əlavə olunub
Hadisə
17 Noyabr , 2019 13:02
Paytaxtda qəza törədən sürücü hadisə yerindən qaçıb - VİDEO - ƏLAVƏ OLUNUB

Video əlavə olunub


***01:06

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, naməlum avtomobil taksi fəaliyyəti göstərən, 1993-cü təvəllüdlü Taleh Rüstəmovun idarə etdiyi “Ravon” markalı 90-PN-361 dövlət qeydiyyat nişanlı avtomobilə çırpılıb. Hadisə nəticəsində T.Rüstəmov və onun sərnişini olan qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıblar. 

Qeyd edək ki, qəzanı törədən sürücü hadisə yerindən qaçıb. 

Polis hadisənin təfərrüatını araşdırır. 

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi