Bakı. 27 dekabr. REPORT.AZ/ Sumqayıt şəhərində yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar götürülüb. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri ərazisində səyyar satışla məşğul olan şəhər sakinləri - Azər Məmmədovdan, Elvin Alıyevdən və Mübariz Zeynalovdan ümumilikdə 89 min ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar aşkar edilərək müsadirə olunub.
Sumqayıtda partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar satışdan çıxarılıb
Hadisə
261
27 Dekabr , 2014
16:33


Son xəbərlər
