Parisdə Bakının “Expo 2025” sərgisinə namizədliyi ilə bağlı təqdimat keçirilib

Parisdə Bakının “Expo 2025” sərgisinə namizədliyi ilə bağlı təqdimat keçirilib Azərbaycan "EXPO-2025"i mayın 10-dan noyabrın 10-a qədər təşkil etmək təklifini irəli sürüb
Hadisə
15 Noyabr , 2017 16:56
Parisdə Bakının “Expo 2025” sərgisinə namizədliyi ilə bağlı təqdimat keçirilib
Report

Paris. 15 noyabr. REPORT.AZ/ Parisdə Beynəlxalq Sərgilər Bürosunun (BIE) 162-ci Baş Assambleyasında "EXPO-2025" sərgisinə ev sahibliyi etmək üçün namizədliyi irəli sürülən şəhərlərin təqdimatı keçirilib.

“Report”un Fransa bürosu xəbər verir ki, namizəd şəhər olan Bakının təqdimatında Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov, maliyyə naziri Samir Şərifov və başqa rəsmilər iştirak ediblər. 

Azərbaycan "EXPO-2025" sərgisinə bəşəriyyət üçün böyük əhəmiyyət kəsb edən "İnsan kapitalının inkişafı: daha yaxşı gələcəyin qurulması" layihəsini təqdim edib.

Bakının təqdimatı üç alt mövzudan ibarət olub. 

İstedad adlanan birinci mövzu təhsilin gələcəyinə həsr olunub. Təqdimatda qeyd edilib ki, insan potensialı təbii ki, məhduddur, lakin o yalnız təhsil, istedadın mədəniyyəti və qabiliyyətlərin assimiliasiyası gücünə inkişaf edə bilər.

Yaşamaq qabiliyyəti adlanan ikinci mövzu səhiyyənin gələcəyi ilə bağlıdır. Bildirilib ki, işləmək qabiliyyəti, uzun və sağlam həyat sürmək hər bir insanın fundamental hüququdur və potensialının reallaşdırmasının özəyini təşkil edir.

İmkanları reallaşdırmaq adlanan sonuncu hissədə əməyin gələcəyindən bəhs olunub. Vurğulanıb ki, insan kapitalı işçi qüvvəsinin məhsuldarlığının ən yüksək göstəricisinə nail olmağa çalışır və əməyin texnika ilə əvəz edildiyi bir dövrdə məhsuldar əmək nəcə təsnif olunur. 

Azərbaycanın "EXPO-2025" layihəsi insanların öz imkanlarını şəxsi, kollektiv və nəhayət dünyəvi planda necə reallaşacaqları ətrafında düşünməyə çağırır.

Azərbaycan "EXPO-2025"i mayın 10-dan noyabrın 10-a qədər təşkil etmək təklifini irəli sürüb. Qalib şəhər 2018-ci ilin noyabrında BIE-nin Baş Assambleyasında müəyyənləşəcək.

Sərginin keçirildiyi yeri səmadan müşahidə edərkən Azərbaycanın milli emblemi olan səkkiz guşəli ulduz forması görünəcək.

Sərginin baş tutacağı sahə Bakı şəhərinin şərq hissəsində yerləşəcək və dünyanın ən müasir şəhər parklarından birinə çevriləcək. "EXPO-2025" layihəsinin yerləşəcəyi sahə sərgi bitdikdən sonra şəhər sakinlərinin, o cümlədən bəşəriyyətin memarlıq irsinə çevriləcək.

Dünya şöhrətli Azərbaycan xalçalarının mürəkkəb geometrik motivləri əyləncə mərkəzlərinin konsepsiyalarına daxil ediləcək.

Azərbaycan pavilyonu sərgi birdikdən sonra muzeyə çevrilərək Azərbaycanın 1991-ci ildən müstəqillik qazandığı dövrdən bəri iqtisadi, sosial humanitar və digər sahələrdə əldə etdiyi uğurlarını turistlərə nümayiş etdirəcək.

Qeyd edək ki, namizəd şəhərlər siyahısında Bakı ilə yanaşı Rusiyanın Yekaterinburq, Yaponiyanın Osaka və Fransanın Paris şəhərləri yer alıb.

Son xəbərlər

Orphus sistemi