Paris polisi iğtişaşlar zamanı 270-dən çox adamı saxlayıb
Hadisə
- 02 may, 2018
- 06:37
Bakı. 2 may. REPORT.AZ/ Paris polisi mayın 1-də keçirilən nümayişlərdə baş verən iğtişaşların qarşısını alan zaman 276 nəfəri saxlayıb, onlardan 102-si hələ də nəzarət altındadır.
"Report" TASS-a istinadən xəbər verir ki, Paris polisinin ilkin məlumatına görə, etirazçılar 31 mağazaya zərər yetirib, 6 avtomobili yandırıb, daha 10 maşına ziyan vurublar.
Qarşıdurmalar zamanı dörd nəfər, o cümlədən xüsusi polis dəstəsinin döyüşçüsü yaralanıb.
Qeyd edək ki, iğtişaşlar Parisin cənub-şərqində əməksevərlərin 1 may nümayişləri zamanı mindən çox qara geyimli və maskalı adamın kütləyə qarışmasından sonra başlayıb.
Hüquq-mühafizə orqanları əməkdaşları gözyaşardıcı qaz və su şırnaqlarından istifadə etmək məcburiyyətində qalıb.
Son xəbərlər
04:39
Tramp: ABŞ Britaniyanın təyyarədaşıyan gəmilərini gec göndərməsini yadında saxlayacaq
Digər ölkələr04:07
Kanadanın Baş naziri Torontoda sinaqoqlara edilən hücumları pisləyib
Digər ölkələr03:43
İsrail İrandakı əməliyyatının növbəti mərhələsinə başlayıb
Digər ölkələr03:17
Səudiyyə Ərəbistanı İrana cavab verəcəyi ilə bağlı xəbərdarlıq edib
Digər ölkələr02:45
İspaniya XİN rəhbəri: Diplomatlarımız Azərbaycan vasitəsilə İrandan uğurla təxliyə edilib
Digər ölkələr02:04
Trampdan İran açıqlamaları: Tehranla danışıqlar olmayacaq, İranın xəritəsi dəyişə bilər
Region01:38
Netanyahu İrana "çoxlu sürprizlər" vəd edib
Digər ölkələr01:18
İrandan təxliyə edilən almaniyalı diplomat Azərbaycana təşəkkür edib
Daxili siyasət00:56
Foto