Pandemiya dövründə 983 nəfər vaxtından əvvəl azadlığa buraxılıb

Pandemiya dövründə 983 nəfər vaxtından əvvəl azadlığa buraxılıb ​​​​​​​Dövlət başçısının humanist siyasətinin təzahürü olaraq imzaladığı 06.04.2020-ci il tarixli Sərəncamla virusa yoluxması daha riskli olan yaşı 65-dən yuxarı 176 məhkum əfv edilib.
Hadisə
29 İyul , 2020 20:38
Pandemiya dövründə 983 nəfər vaxtından əvvəl azadlığa buraxılıb

Dövlət başçısının humanist siyasətinin təzahürü olaraq imzaladığı 06.04.2020-ci il tarixli Sərəncamla virusa yoluxması daha riskli olan yaşı 65-dən yuxarı 176 məhkum əfv edilib.

“Report” xəbər verir ki, bu barədə iyulun 29-da Ədliyyə Nazirliyində cari ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında keçirilən kollegiya iclasında məlumat verilib.

Qeyd edilib ki, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı yenicə qəbul edilərək icrasına başlanılmış qanunvericiliyin tətbiqi ilə artıq 130 məhkum cəzadan azad olunub. Həmçinin Nazirlik tərəfindən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunun davamlı olaraq intensiv tətbiqi və bu məsələdə müasir informasiya texnologiyalarının istifadəsi nəticəsində cari ildə 1 253 nəfər, o cümlədən pandemiya dövründə 983 nəfər vaxtından əvvəl azadlığa buraxılıb.

Son xəbərlər

Orphus sistemi